Məlum olduğu kimi, İngiltərədə ABŞ prezidenti Donald Trampın gözlənilən səfərinə etirazlar davam edir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Trampın oktyabrda İngiltərəyə 4 günlük rəsmi səfərə getməsi gözlənilir.
O, etirazlar davam edəcəyi halda səfəri təxirə sala biləcəyini İngiltərənin baş naziri Tereza Meyə bildirib.
Qeyd edək ki, Trampa etirazlar onun London meri Sadiq Xan haqqında söylədiyi fikrlər səbəbindən başlayıb. O, bu yaxınlarda Londonda baş verən terror aktında Xanı qınamışdı.
Son xəbərlər
Son Xəbərlər