Tramp İrandakı hakimiyyəti dəyişmək istəyir

tramp-irandaki-hakimiyyeti-deyismek-isteyir
Oxunma sayı: 1343

ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani Amerika liderinin İrandakı “rejimi dəyişmək” istədiyini açıqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Politico” nəşri məlumat yayıb.

O qeyd edib ki, İranda hakimiyyətin dəyişməsi “Yaxın Şərqdə sülhün bərqərar olmasına aparan yeganə yoldur”.

“Bu, Fələstin-İsrail münaqişəsinin nizamlanmasından də vacibdir”, - deyə R. Culiani həmçinin vurğulayıb.