Tramp Kaliforniyada fövqəladə rejim elan edib

tramp-kaliforniyada-fovqelade-rejim-elan-edib
Oxunma sayı: 1216

ABŞ prezidenti Donald Tramp Kaliforniyada fövqəladə vəziyyət elan edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Orovill şəhərində güclü yağış səbəbindən bəndin aşma təhlükəsi ilə üz-üzə qalmasıdır. Bu rejimin elan edilməsi fövqəladə hallarla bağlı Federal Agentliyə dəymiş zərərin fəsadlarını aradan qaldırmağa imkan verəcək.

Tramp administrasiyası, həmçinin bəndin dağılmış sahillərinin bərpası və zərərçəkənlərə yardım göstərilməsi ilə bağlı tapşırıq verib.

Qeyd edək ki, təhlükə ilə əlaqədar olaraq 188 min insan evakuasiya edilərək bənddən 120 kilometr uzağa köçürülüb.