Tramp Kennedinin qətli ilə bağlı gizli sənədləri yaydı - “Sovet izi”

tramp-kennedinin-qetli-ile-bagli-gizli-senedleri-yaydi
Oxunma sayı: 2723

ABŞ ölkənin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı 2891 sənəd yayımlayıb. Məlumatlar bazası hazırda Milli Arxivin saytında yerləşdirilib. 

“Qafqazinfo” xəbər verir ki, həmin sənədlərdə göstərilir ki, Kennedinin qatili Li Harvi Osvald cinayətdən iki ay əvvəl Mexikoya səfəri zamanı sovet diplomatları ilə görüşüb. Amerika kəşfiyyatı həmin şəxslərin KQB əməkdaşları olduğunu hesab edir. 

Kəşfiyyat materiallarına görə, Mexikodakı sovet səfirliyinin telefonları həmin dövrdə Amerika xüsusi  xidmət orqanları tərəfindən dinlənilirdi. Rəsmi sənədlərdə qeyd edilir ki, Kennedinin qətlində “sovet izi” versiyası Amerika hökuməti tərəfindən araşdırılsa da, təsdiqini tapmadı. 

Mərkəzi Kəşfiyyat İdarəsi digər sənəddə göstərir ki, Kennedinin ölümü SSRİ-də şok effekti yaradıb, hətta kilsələrdə zənglər çalınıb. 

Digər sənəddə isə qeyd edilir ki, sovet rəhbərliyi ABŞ prezidentinin qətlini vitse-prezident Lindon Consonun planlaşdıra biləcəyini hesab edirdi.