Tramp kiberhücumlara qarşı sərt addımlar atacaq

tramp-kiberhucumlara-qarsi-sert-addimlar-atacaq
Oxunma sayı: 747

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilk günlərindən edilən kiberhücumlara qarşı “aqressiv addımlar” atacaq.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən vitse-prezident Maykl Pens bildirib.

Bundan əvvəl o, kəşfiyyatın verdiyi məlumatı “mükəmməl və əhatəli” adlandırıb.

“Yeni seçilmiş prezident ilk gündən kiberhücumlara qarşı aqressiv addımlar atacağını aydın şəkildə bildirib”,- deyə Pensi söyləyib.

Bundan əvvəl ABŞ kəşfiyyat xidmətləri (MKİ, FTB və MTA) təqdim etdikləri hesabatda prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyini vurğulanıb. Kiberhücumların seçkilərdə Klintonun məğlub olması üçün təşkil edildiyi bildirilib. Həmçinin qeyd edilir ki, kiberhücumda əli olan Guccifer 2.0 adlı haker və DCLeaks.com saytının arxasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi durur.

Krem isə səsləndirilən ittihamları rədd edir.