ABŞ prezidenti Donald Tramp tezliklə KXDR-in lideri Kim Çen Inla görüşəcəyini təsdiqləyib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp Vaşinqtonda Yaponiyanın baş naziri Şinzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Bildiyiniz kimi, yaxın həftələrdə Kim Çen Inla görüşüm olacaq. Görüşün bütün dünyaya uğurlu olması üçün əlimdən gələni edəcəm”, -deyə ABŞ prezidenti vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər