Tramp Kimlə görüşündə ondan nüvə silahını istəyib

tramp-kimle-gorusunde-ondan-nuve-silahini-isteyib
Oxunma sayı: 1028

ABŞ prezidenti Donald Tramp Vyetnamın Hanoy şəhərində keçirilən sammit zamanı KXDR lideri Kim Çen Indan Şimali Koreyanın nüvə silahını ABŞ-a köçürməyi istəyib.  “Qafqazinfo”nun “Röyters”ə istinadən xəbərinə görə, Tramp koreya və ingilis dillərində olan sənədi fevralın 28-də Hanoyda yerləşən “ Metropol” otelində görüş çərçivəsində Kim Çen Ina verib.

Agentlik mənbəyə əsasən yazır ki, həmin sənəd məhz ABŞ-ın “Şimali Koreyanın nüvəsizləşdirilməsinin yekun və tam yoxlaması”na şübhə ilə yanaşdığını göstərməli idi. Sənədin ingilis dilində olan variantında KXDR-in nüvə infrastrukturunun tam ləğvi, bioloji və kimyəvi silah istehsalının, eləcə də bütün ballistik raketlərin, atış qurğularının və bunlara aid bütün obyektlərin məhv edilməsi istənilib.

Bundan başqa, sənəddə rəsmi Pxenyandan nüvə proqramı haqqında hərtərəfli bəyannamə, nüvə infrastrukturuna aid bütün növ obyektlərin inşasının dayandırılması, habelə ABŞ müfəttişləri və beynəlxalq mütəxəssislər üçün buraxılışın təmin edilməsi tələb olunub.

Koreya Xalq Demokratik Respublikası rəhbərliyinin amerikalı həmkarının bu xahişinə nə cavab verdiyi açıqlanmır.