ABŞ prezidenti Donald Trampın konqresdəki çıxışına limuzində hazırlaşdığını əks etdirən görüntülər dünya mediasında yayılıb.
“Qafqazinfo” xəbər verir ki, videodan da göründüyü kimi konqresdəki ilk çıxışını Tramp əlində kağızlarla ucadan təkrarlayır.
Qeyd edək ki, prezident konqresdəki çıxışı zamanı administrasiyasının əsas iş prinsiplərini sadalayıb və onların seçkiqabağı vədləri ilə üst-üstə düşdüyünü vurğulayıb. Siyasətçi, həmçinin Obama tərəfindən qəbul edilən səhiyyə islahatlarının ləğv ediləcəyini, hərbi büdcəni artıracaqlarını və Amerika biznesini inkişaf etdirəcəklərini deyib.
Son xəbərlər
Son Xəbərlər