ABŞ prezidenti Donald Tramp 35 gündür fəaliyyəti dayandırılan hökumətin yenidən işə başlayacağını açıqlayıb.
“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, o, bu barədə Konqreslə razılığa gəldiyini bildirib.
Tramp qeyd edib ki, hökumət 15 fevrala qədər fəaliyyət göstərəcək:
“Hökumətin 3 həftəlik işləməsi üçün qərar imzalayacam. İşçilər tezliklə maaşını almalıdır”.
Qeyd edək ki, ABŞ hökuməti Trampın Konqreslə Meksika ilə sərhədə divar çəkilməsi məsələsində ortaq məxrəcə gələ bilməməsi səbəbindən fəaliyyətini dayandırıb.
Son xəbərlər
Son Xəbərlər