Tramp Lavrovla görüşdü

tramp-lavrovla-gorusdu
Oxunma sayı: 1799

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda səfərdə olan Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşüb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Lavrov görüş bitdikdən sonra jurnalistlərin suallarını cavablandırmadan Ağ Evi tərk edib. Trampla Lavrovun görüşü 45-50 dəqiqə çəkib.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Trampla görüşdən əvvəl amerikalı həmkarı Mayk Pompeo ilə bir araya gəlib. Lavrov Pompeonu Rusiyaya dəvət edib.