ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya rəsmi səfər edib.
“Qafqazinfo” xəbər verir ki, Amerika lideri Londona eniş etmədən qısa müddət əvvəl sosial şəbəkədə şəhərin müsəlman meri Sadiq Xanı tənqid edən tvit paylaşıb.
O, Sadiq Xanın 2018-ci ilin yanvarında keçmiş Baş Nazir Tereza Meyin Trampı İngiltərəyə səfərə dəvət etməsini səhv adlandırmasına belə münasibət bildirib: “Ümumi rəyə əsasən, London meri vəzifəsində qorxunc işləyən Sadiq Xan Birləşmiş Krallığın ən vacib müttəfiqi olan ABŞ Prezidentinin səfəri ilə bağlı ağılsız, ədəbsiz sözlər işlədib. O, bitmiş, uğursuz adamdır. O, mənə deyil, şəhər cinayətkarlığına qarşı mübarizə aparmalıdır”.
Son xəbərlər
Son Xəbərlər