Tramp Makkeynin ölümü ilə bağlı tərif press-relizini qadağan etdi

tramp-makkeynin-olumu-ile-bagli-terif-press-relizini-qadagan-etdi
Oxunma sayı: 1721

ABŞ prezidenti Donald Trampın Ağ Evə senator Con Makkeynin ölümü ilə bağlı tərif press-relizi yaymağı qadağan etdiyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb. ABŞ administrasiyasının yayacağı press-relizdə Makkeynin Vyetnamda vətən qarşısındakı xidmətləri, əsirlikdə olması, həmçinin Birləşmiş Ştatların siyasi arenasındakı rolu qeyd edilmişdi. Lakin Tramp Ağ Evdəki köməkçilərinə tvitterdə başsağlığı dərc etməklə kifayətlənəcəyini bildirərək press-relizi dərc etməyə razılıq verməyib.

Xatırladaq ki, Con Makkeyn hələ sağlığında dəfələrlə Trampı tənqid edib. Nəticədə iki siyasətçi arasında düşmənçilik yaranıb. Hətta Makkeynin ailəsi prezidentdən senatorun dəfninə gəlməməyi xahiş edib.

Qeyd edək ki, siyasətçinin dəfni sentyabrın 2-də Annapolis şəhərində keçiriləcək.