ABŞ prezidenti Donald Tramp “İrəli” hərəkatının lideri Emmanuel Makronu Fransada keçirilən prezident seçkilərinin ikinci turundakı qələbəsi münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, Amerika lideri yeni həmkarını Tvitterdə təbrik edib.
“Emmanuel Makronu Fransanın növbəti prezidenti olmağı ilə əlaqədar təbrik edirəm. Birlikdə əməkdaşlığımızı səbrsizliklə gözləyirəm”, - deyə Tramp yazıb.
Qeyd edək ki, E. Makron seçkilərdə 59,93 faiz səs, “Milli cəbhə” partiyasının lideri Marin Le Pen isə 40,07 faiz səs toplayıb.
Səsvermədə qalib gələn 39 yaşlı E. Makron Fransanın ən gənc prezidenti hesab olunur.
Son xəbərlər
Son Xəbərlər