Parisdə Yelisey sarayında ABŞ və Fransa nümayəndə heyətlərinin görüşündən sonra hər iki ölkənin lideri mətbuat konfransında iştirak ediblər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ticari əlaqələr, terrorizmlə mübarizə və Suriyə məsələsində ABŞ prezidenti Donald Trampla razılığa gəldiyini söyləyib.
O deyib ki, qlobal istiləşmə daxil olmaqla çox az məsələdə fikir ayrılığı olub.
Tramp isə öz çıxışında Makronu tərifləyib. O, “Cənab Makron, siz super prezidentsiniz, böyük lidersiniz”, - deyərək fransalı həmkarını “yerə-göyə sığdrımayıb”.
Makronun liberal iqtisadiyyat siyasətini bəyəndiyini deyən ABŞ prezidenti, xüsusilə ticarətdə bürokratik əngəllərin ləğv edilməsi cəhdlərini yüksək qiymətləndirib.
Son xəbərlər
Son Xəbərlər