Tramp məhkəməyə qarşı - “Bu, gülüncdür və ləğv olunacaq”

tramp-mehkemeye-qarsi
Oxunma sayı: 3151

Xəbər verdiyimiz kimi, Boston Federal Məhkəməsi ABŞ prezidenti Donald Trampın miqrasiya məsələri üzrə fərmanının icrasını 1 həftəlik dayandırıb.

“Qafqazinfo”nun məlumatına görə, Tramp Tvitter mikrobloqunda məhkəmənin qərarını şərh edərək bunun çox gülünc olduğunu bildirib.

“Ölkəmizdə məhkəmə tərəfindən qanunun aliliyinin belə qərarla pozulması həqiqətən də gülüncdür və bu, ləğv olunacaq”, - deyə ABŞ-ın 45-ci rəhbəri söyləyib.

Xatırladaq ki, Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb. Onun bu fərmanı ölkədə kütləvi etirazlara səbəb olub.