ABŞ prezidenti Donald Tramp Meksikanı dünyanın ən təhlükəli ölkəsi adlandırıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
“Bizə ölkəmizin təhlükəsizliyi üçün sərhəddə divar lazımdı. Bizə divar hazırda dünyanın ən təhlükəli ölkəsi sayılan Meksikadan böyük narkotik axınının qarşısını almaq üçün lazımdır. Divar olmazsa - razılaşmada [Konqresdə respublikaçılar və demokratlar arasında immiqrasiya islahatı üzrə] olmayacaq”,- deyə Tramp bildirib.
Bu arada Meksika XİN-in cümə axşamı yaydığı bəyanatda növbəti dəfə hökumətin divarın ucaldılması pulunu ödəməkdən qəti imtina etdiyi vurğulanıb.
"Ölkəmiz heç bir şəraitdə və əsla Meksika ilə sərhəd boyunca ABŞ ərazisində inşa olunacaq divar və ya fiziki sədd üçün pul ödəməyəcək", - sənəddə bildirilir.
Son xəbərlər
Son Xəbərlər