ABŞ prezidenti Donald Tramp Məxfi Xidmətin rəhbəri Randolf Allesi işdən çıxarıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat verib.
Onun sözlərinə görə, prezident Allesə dövlət xidmətində 40 illik fəaliyyətə görə təşəkkür edib.
Sanders Məxfi Xidmətə Ceyms Mörrinin təyin edildiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər