Amerika prezidenti Donald Tramp Milli Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə Con Retkliffin namizədliyini irəli sürməyəcək.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter səhifəsində yazıb.
KİV-in respublikaçı konqresmen Retkliffə haqsız davrandığını bildirən Tramp yazıb: “Aylarla davam edən böhtan və təhqirlərdən sonra Cona belə insanlarla baş yormağın ona və ailəsinə nə qədər mənfi təsir edəcəyini izah etdim. Con da Konqresdə qalmağa qərar verdi. Yaxın vaxtda yeni namizədimi açqıalayacağam”.
Retkliff, öz növbəsində, namizədliyini irəli sürən Trampa təşəkkürünü bildirib.
Son xəbərlər
Son Xəbərlər