Tramp nazir müavinini istefaya göndərdi

tramp-nazir-muavinini-istefaya-gonderdi
Oxunma sayı: 1149

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbərinin müavini Con Rudu istefaya göndərib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter səhifəsində yazıb: “Mən Con Ruda ölkəmizə göstərdiyi xidmətə görə təşəkkür edirəm və gələcək işlərində uğurlar arzulayıram”.

Qeyd edək ki, Con Rud ABŞ Müdafiə nazirinin siyasi işlər üzrə müavini postunu tutub.