ABŞ prezidenti Donald Tramp ilə İsrail baş naziri Benyamin Netanyahu görüşəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Şon Spayser bildirib.
Onun sözlərinə görə, görüş fevralın 15-də Ağ Evdə keçiriləcək. Spayser prezidentin iki ölkə arasındakı münasibətlərə önəm verdiyini vurğulayıb.
Qeyd edək ki, Trapm seçki kampaniyası zamanı ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyini bildirimişdi.
Son xəbərlər
Son Xəbərlər