ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib.
“Qafqazinfo”nun buro247.az-a istinadən verdiyi məlumata görə, bu haqda məlumatı İsveçin STV telekanalı yayıb.
Donald Trampın namizədliyinə səbəb olaraq, onun "sərt sülh ideologiyasının radikal İslam, İŞİD, atom silahına can atan İran və kommunist Çinə qarşı "önləyici silah" rolunu oynadığı" göstərilib.
Nobel Mükafatına namizəd göstərilən şəxslərin adları Nobel Komitəsi tərəfindən gizli tutulur. Lakin bu il Nobel Sülh Mükafatına namizəd göstərilənlərin bir qisminin adları mətbuata sızıb.
Bu il Nobel Sülh Mükafatına Angela Merkel, Poma Papası, Rusiyaya qaçan keçmiş ABŞ kəşfiyyatçısı Eduard Snouden və s. namizəd göstərilib.
Son xəbərlər
Son Xəbərlər