ABŞ hökuməti amerika serverlərinə haker hücumları təşkil etdiklərinə görə Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) qarşı tətbiq olunan sanksiyaları yumşaldıb.
“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bundan sonra FSB tərəfindən nəşr olunan informasiya texnologiyaları məhsullarını axtarmaq, əldə etmək, istifadə etmək və lisenziyaya görə pul ödəmək mümkün olacaq. Bundan əlavə, ödənişin ümumi dəyəri 5 min dollardan çox olmamalıdır.
Hansı texnoloji məhsulların nəzərdə tutulduğu müəyyənləşdirilməyib.
Həmçinin, Krıma texnologiya sahəsinə dair hər hansı bir məhsulun ixracı qadağan olunub.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinə qarşı sanksiyalar dekabrın 29-da Barak Obamanın administrasiyası tərəfindən tətbiq olunub.
Son xəbərlər
Son Xəbərlər