ABŞ prezidenti Donald Tramp KİV-də vətəndaşlar arasında onun siyasəti ilə bağlı aparılan sorğunun mənfi nəticəsinin yalan olduğunu bəyan edib.
“Qafqazinfo”nun məlumatına görə, ABŞ-ın 45-ci rəhbəri onu apardığı siyasətə görə tənqid edənlərə Tvitter mikrobloqunda cavab verib.
“Bütün neqativ sorğular CNN, ABC, NBC-nin seçkiqabağı apardığı sorğular kimi saxtadır. Üzr istəyirəm, amma xalq sərhəddə təhlükəsizliyini istəyir”, - deyə Tramp yazıb.
Xatırladaq ki, Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb. Onun bu fərmanı ölkədə kütləvi etirazlara səbəb olub.
Boston Federal Məhkəməsi ABŞ prezidenti Donald Trampın miqrasiya məsələri üzrə fərmanının icrasını 1 həftəlik dayandırıb.

Son xəbərlər
Son Xəbərlər