Tramp onunla da görüşə bilər

tramp-onunla-da-goruse-biler
Oxunma sayı: 1740

ABŞ Prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfəri zamanı Suriya lideri Əhməd əl-Şaraa ilə görüşə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin “i24” telekanalı suriyalı mənbəyə istinadən məlumat yayıb.

“Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına gözlənilən səfəri zamanı Əhməd əl-Şaraa ilə görüşəcək”, - telekanal qeyd edib.

Görüşün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın vasitəçi kimi yardımı ilə təşkil ediləcəyi aydınlaşdırılır.