ABŞ prezidenti Donald Trampın sözündən sonra neft 4 faiz ucuzlaşıb.
“Qafqazinfo” xəbər verir ki, amerikalı lider OPEK-ə zəng edərək yanacağın qiymətinin düşməsi üçün tədbir görülməsini xahiş etdiyini bildirib:
“Benzinin qiyməti düşür. Mən OPEK-ə zəng etdim və dedim: “Siz onları azaltmalısınız. Buna məcbursunuz”.
Trampın bu sözlərindən sonra ötən gün 75,40 dollara yüksələn Brent neftinin qiyməti 72 dollar səviyyəsinə kimi enib.