Tramp Penslə Pompeonu Türkiyəyə göndərir

Tramp Penslə Pompeonu Türkiyəyə göndərir
Oxunma sayı: 951

ABŞ-ın prezident köməkçisi Mayk Pens və Xarici İşlər naziri Mayk Pompeo Türkiyəyə səfər edəcəklər.

“Qafqazinfo” Türkiyə KİV-nə isitnadən xəbər verir ki, bu barədə prezident Donald Tramp bildirib. Səfər oktyabrın 17-də baş tutacaq. Penslə Pompeo Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb Suriyanın şimalında atəşkəs məsələsini müzakirə edəcəklər.

Amerikalı nümayəndə heyətinin tərkibində beynəlxalq təhlükəsizlik müşaviri Robert O'Brien və ABŞ-ın Suriya üzrə təmsilçisi Ceyms Ceffri də olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi