Tramp peyvəndin bu ilin sonuna qədər hazır olacağını deyir - Video

tramp-peyvendin-bu-ilin-sonuna-qeder-hazir-olacagini-deyir
Oxunma sayı: 1794

ABŞ Prezidenti Donald Tramp peyvənd üzərində çox ciddi çalışmaların getdiyini və vaksinin 2020-ci ilin sonuna qədər hazır olacağını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp "Fox News” telekanalına açıqlamasında bildirib:

“Düşünürük ki, ciddi və fəal çalışmalar nəticəsində gözlədiyimiz peyvənd 2020-ci ilin sonuna qədər hazır olacaq. Hazırda modellərimiz var və tədarük xəttini qururuq”.

Trampın bu sözləri ABŞ-ın Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçinin açıqlaması ilə ziddiyət təşkil edib. Fauçinin sözlərinə görə, hər şey qaydasında gedərsə, koronavirusa qarşı peyvənd 2021-ci ilin yanvar ayında hazır olacaq.

Amerika liderinin peyvəndlə bağlı açıqlamasını 28-ci dəqiqədən izləyə bilərsiniz: