ABŞ prezidenti Donald Tramp Polşaya səfərə gəlib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, rəsmi tədbirlərə iyulun 7-də start veriləcək.
ABŞ prezidenti əvvəlcə polşalı həmkarı Ancey Duda ilə təkbətək, daha sonra isə geniş tərkibdə görüş keçirəcək.
Trampın Mərkəzi Avropa, Baltikyanı və Balkan ölkələrinin başçılarının qatılacağı “Üç dəniz ölkələri” sammitində də iştirak edəcəyi bildirilib.
Son xəbərlər
Son Xəbərlər