ABŞ prezidenti Donald Tramp dövlət katibi Mayk Pompeonun Şimali Koreyaya səfər etməməsini istəyib.
“Qafqazinfo” xəbər verir ki, Tramp bunu Koreya yarımadasının hələ də nüvə silahlarından təmizlənməməsi ilə əsaslandırıb.
O, həmçinin Çinin bu məsələdə kifayət qədər yardımçı olmadığını söyləyib:
“Pompeo böyük ehtimalla Çinlə ticarət əlaqələrimiz düzəldikdən sonra yaxın zamanda Şimali Koreyaya getməyi dörd gözlə gözləyir.
Ş.Koreya lideri Kim Çen Ina dərin hörmət və ehtiramımı çatdırıram. Mən də onunla yenidən görüşməyi dörd gözlə gözləyirəm”.
Son xəbərlər
Son Xəbərlər