Tramp prezident seçilməmiş onunla bağlı qərar verdi

tramp-prezident-secilmemis-onunla-bagli-qerar-verdi
Oxunma sayı: 1619

ABŞ prezdinetliyinə namizəd Donald Tramp FED rəhbəri Janet Yelleni istefaya göndərəcəyini bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu fikirləri “CNBC” kanalına müsahibəsi zamanı səsləndirib. Onun sözlərinə görə, Janet Yelleni istefaya göndərməyi “yerində” bir qərar hesab etmək olar. Milyarder onu da vurğulayıb ki, FED rəhbəri respublikaçı deyil.

Qeyd edək ki, Janet Yellenin FED-in başçısı postuna namizədliyi 2013-ci ildə ABŞ prezidenti Barak Obama tərəfindən irəli sürülmüşdü.

Aysel Kərimova