Tramp prezident seçkilərini təxirə salmağı təklif etdi

tramp-prezident-seckilerini-texire-salmagi-teklif-etdi
Oxunma sayı: 1618

Donald Tramp ABŞ-da prezident seçkilərini daha gec tarixə təxirə salmağı təklif edib.

“Qafqazinfo” bildirir ki, bu barədə o, tvitterdə yazıb.

“Əgər poçt vasitəsilə ümumi səsvermə keçirilsə, 2020-ci il seçkiləri tarixdə ən qeyri-dəqiq və saxta seçkilər olacaq. Bu, ABŞ üçün böyük bir təhqir olacaq. İnsanlar düzgün, etibarlı və təhlükəsiz şəkildə səs verə bilməyənə qədər seçkiləri təxirə salmaq???”, - Tramp sosial şəbəkədə yazıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-nə təyin olunub. Ölkədə koronavirus pandemiyası şəratində seçkilərin hansı formada keçiriləcəyi barədə aktiv müzakirələr gedir.