Respublikaçılar Partiyasından ABŞ prezidenti postuna iddialı milyarder Donald Tramp seçkilərdə rəsmən iştirak etmək üçün lazımi səsi toplayıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Tramp qurultay nümayəndələrindən 1238 səs toplayıb. Bununla da milyarder prezidentliyə namizədliyini rəsmən təmin edib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər