ABŞ prezidenti Donald Tramp öz mobil telefon nömrəsini dünya liderləri ilə paylaşıb və onları birbaşa özünə zəng etməyə çağırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu qeyri-adi davranışı ilə diplomatik protokolu pozub, həmçinin ABŞ prezidentinin kommunikasiya gizliliyi rejimi və təhlükəsizliyi ilə bağlı narahatlığa səbəb olub.
Sabiq və hazırki amerikalı məmurlar Trampın belə bir təkliflə Meksika və Kanada liderlərinə müraciət etdiyini bildiriblər. Məmurlar bu təklifdən ancaq Kanada baş naziri Castin Trüdonun faydalandığını qeyd ediblər.
Bundan başqa, fransalı məmur Trampla Emmanuel Makronun da ikincinin qələbəsindən sonrakı ilk söhbətləri zamanı şəxsi telefon nömrələrini bir-birilərini verdiklərini deyib.
Son xəbərlər
Son Xəbərlər