ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında keçiriləcək görüşün yeri və vaxtı açıqlanıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ağ Ev görüşün 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə baş tutacağını elan edib.
Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Suriya və Ukraynadakı son vəziyyət, həmçinin beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə ediləcək.
Qeyd edək ki, Tramp bu görüşdən öncə 11-12 iyulda Belçikanın paytaxtı Brüsseldə təşkil ediləcək NATO zirvəsində iştirak edəcək.
Son xəbərlər
Son Xəbərlər