Tramp Putinə başsağlığı verib

tramp-putine-bassagligi-verib
Oxunma sayı: 730

ABŞ prezidenti Donald Tramp Sankt-Peterburqda baş vermiş terror hadisəsi ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“ABŞ dövlət başçısı Donald Tramp Sankt-Peterburqda baş vermiş terror zamanı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, Rusiya xalqına dəstəyini ifadə edib.

Dövlət başçıları terrorizm bəla olduğunu və onunla birgə mübarizə aparmağın gərəkdiyini qeyd ediblər”,- deyə D.Peskov bildirib.

 Onun sözlərinə görə, D.Tramp və V.Putin əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər.