ABŞ prezidenti Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair imzaladığı fərmanı ilk dəfə şərh edib.
“Qafqazinfo”nun məlumatına görə, o, Tvitter hesabında immiqrasiya fərmanı ilə müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a girişinə tam qadağa qoymaq istəmədiyini bildirib.
“Hər kəs bunun qadağa olub-olmadığı ilə bağlı mübahisələr edir. Bunu necə istəyirsinizsə, adlandırın. Lakin fərmanın əsas məqsədi ölkəyə pis niyyətli insanları buraxmamaqdır”, - deyə Tramp yazıb.
Son xəbərlər
Son Xəbərlər