Tramp Qətər əmirini “Ağ Ev”ə dəvət etdi

tramp-qeter-emirini-ag-eve-devet-etdi
Oxunma sayı: 646

ABŞ prezidenti Donald Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə telefonda danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp terror təşkilatlarına maliyyə yardımına mane olmaq üçün regiondakı bütün ölkələrin birlikdə çalışmasının vacib olduğunu deyib.

O, ehtiyac olarsa tərəflərə fərqli həll yolları təklif edə biləcəklərini, hətta “Ağ Ev”də iclas da təşkil ediləcəyini söyləyib.

Tramp Qətər əmirini də “Ağ Ev”ə dəvət edib.

Qeyd edək ki, Tramp dünən Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizlə də telefonla danışaraq Qətərlə baş verən diplomatik böhranı müzakirə etmişdi.