Tramp qolf-klubunda toy edən cütlüyü belə sevindirdi - Video

Tramp qolf-klubunda toy edən cütlüyü belə sevindirdi
Oxunma sayı: 3160

ABŞ prezidenti Donald Tramp Nyu-Cersi ştatında ona məxsus qolf-klubda toy edən cütlüyü sevindirib.

“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri gözlənilmədən toya gəlib. Trampın bu ziyarəti bəylə gəlini təəccübləndirib. Çaşqınlıqdan nə edəcəklərini bilməyən cütlük prezidentin boynuna sarılıblar.

Məlum olub ki, bəylə gəlin Trampın fanatıdır və onlar əvvəlcədən ölkə başçısına dəvətnamə göndərərək onu toylarına çağırıblar. Ancaq Ağ Evdən heç bir cavab almayan gənclər məclisi öz axarında davam etdirmək qərarına gəliblər. Trampın bu sürprizi isə toy səbəbkarları üçün yaddaqalan və unudulmaz olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi