Tramp rəqibini narkotik testindən keçməyə çağırdı

Tramp rəqibini narkotik testindən keçməyə çağırdı
Oxunma sayı: 754

ABŞ Prezidenti Donald Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydeni narkotik testindən keçməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bunu Baydenin davranışlarındakı qəribəliklə izah edib:

“Mən də bu testdən keçəcəm. Düşünürəm, o, narkotik testindən keçməlidir. Bayden nəsə qəbul edir. Bir ona baxın”.

Trampın fikrincə Co Bayden seçkiqabağı debatlarda birdən-birə çox özündən əmin şəkildə danışmağa başladı ki, bu da onun üçün xarakterik deyil:

“Fikrimcə, nəsə qəribə hadisə baş verdi. Nə olduğunu deməyəcəyəm, ancaq çoxları inanır ki, nəsə oldu. Belə etmək olmaz”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi