Tramp rəqibinin olmadığını bildirdi

tramp-reqibinin-olmadigini-bildirdi
Oxunma sayı: 2725

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən seçilmək şansının 100 faizə yaxın olduğunu bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu haqda “The Times” qəzetinə danışıb.

O bildirib ki, 2020-ci il qarşıdurmalarını gələn il təkrar etsələr, ABŞ-nin hazırkı Prezidenti Co Baydeni məğlub etmək şansının demək olar ki, 100 faiz olduğuna inanır.

Tramp həm də əmindir ki, respublikaçılar arasında onun üçün layiqli rəqiblər yoxdur.