Tramp Rusiyanın yardımını “Putinin gözəl jesti” adlandırdı

tramp-rusiyanin-yardimini-putinin-gozel-jesti-adlandirdi
Oxunma sayı: 4107

ABŞ Prezidenti Donald Trump Rusiyanın humanitar yardımını qiymətləndirib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, göndərilən tibbi avadanlığa görə Moskvaya təşəkkürünü bildirib.

Amerikalı liderin sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putin tərəfindən “çox gözəl jestdir”. “Məni Rusiya və təbliğat narahat etmir, qətiyyən. Mən çox sayda yüksək keyfiyyətli tibbi avadanlıq aldım”, - Tramp deyib. Dövlət başçısı qeyd edib ki, bu, çox həyatları xilas etməyə kömək edəcək.

Xatırladaq ki, aprelin 1-də Rusiyanın “Ruslan” An-124 hərbi-nəqliyyat təyyarəsi ABŞ-a humanitar yardım çatdırıb.