Tramp Rusiyaya qarşı sanksiyaları bir il daha uzatdı

tramp-rusiyaya-qarsi-sanksiyalari-bir-il-daha-uzatdi
Oxunma sayı: 777

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya tətbiq edilən sanksiyaların müddətini uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb. “Rusiyanın siyasəti və fəaliyyətləri ABŞ-ın milli təhlükəsizlik maraqlarına və xarici siyasətinə təhdid yaratmaqda davam edir”, - deyə Tramp qeyd edib.

Xatırladaq ki, 2014-cü ilin martında Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlamışdı.