Tramp Rusiyaya qarşı sanksiyaları bir il də uzatdı

tramp-rusiyaya-qarsi-sanksiyalari-bir-il-de-uzatdi
Oxunma sayı: 720

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ukraynadakı situasiya ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyaları bir il uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. 

Ağ Ev bunu Rusiyanın regiondakı fəaliyyətinin ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına “qeyri-adi və fövqəladə təhlükə” yaratması ilə əsaslandırıb.