Tramp Rza Zərraba görə XİN-ə təzyiq göstərib

Tramp Rza Zərraba görə XİN-ə təzyiq göstərib
Oxunma sayı: 2133

ABŞ prezidenti Donald Trampın 2017-ci ildə cənubi azərbaycanlı iş adamı Rza Zərraba görə keçmiş Xarici İşlər naziri Reks Tillersona təzyiq göstərdiyi üzə çıxıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Zərrabın azadlığa buraxılmasını istəyib. Üstəlik, bu tələb Oval Ofisdə iclas zamanı hər kəsin gözü önündə irəli sürülüb. Tillerson isə bunun qanundankənar olduğunu bildirərək Trampın təklifinə qarşı çıxıb. 

Ağ Ev hələ ki bununla bağlı heç bir açıqlama verməyib. 

Qeyd edək ki, Rza Zərrab İrana tətbiq edilən sanksiyaları pozduğuna görə ABŞ-da ev dustaqlığındadır. O, türk müğənni Ebru Gündeşin əridir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi