Tramp seçkiqabağı tibbi müayinədən keçdi - Şayiələrə son

tramp-seckiqabagi-tibbi-muayineden-kecdi
Oxunma sayı: 1303

ABŞ prezidenti Donald Tramp seçkiqabağı tibbi müayinədən keçib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin səhhətində problemlər olduğu üçün müayinə edildiyi deyilsə də, mətbuat katibi Stefani Qrişem məlumatı təkzib edib. Onun sözlərinə görə, Tramp müayinədən seçkilərin keçiriləcəyi 2020-ci ildə əlavə vaxt itirməmək üçün keçib və səhhəti çox yaxşıdır:

“Prezident 2020-ci ildə çox məşğul olacağı üçün həftə sonunu dəyərləndirmək istədi və Uolter Rid adına qospitalda müayinədən keçdi”.