ABŞ prezidenti Donald Tramp Latın Amerikası bölgəsinə 13 apreldə planlaşdırılan səfərini təxirə salıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, Suriyadakı kimyəvi silah istifadəsi ilə bağlı davam edən prosesləri izləmək üçün belə bir qərar alıb.
Səfər təxirə salındığı üçün Tramp Perunun paytaxtı Limada keçiriləcək “8-ci Amerika Zirvə toplantısı”nda da iştirak etməyəcək.
Ağ Ev”in sözçüsü Sara Sanders bildirib ki, Trampın əvəzinə vitse-prezident Mayk Pens səfərə yollanacaq.
Son xəbərlər
Son Xəbərlər