Tramp sərhədi bağlamaqla təhdid etdi

tramp-serhedi-baglamaqla-tehdid-etdi
Oxunma sayı: 1189

ABŞ prezidenti Donald Tramp Meksika hökumətinə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, o, Tvitterdəki hesabında Meksikanın ABŞ-la sərhədinə nəzarəti gücləndirməyi və qanunsuz miqrant axınının qarşısını almağı istəyib.

O bildirib ki, Meksika uzun illər ərzində bu qanunsuz keçidlərdən, xüsusilə narkotik ticarətindən milyardlarla dollar qazanıb.

Tramp, tədbirlər görülməzsə, Meksika ilə sərhədi bağlayacağını bildirib.