Tramp söz verdi - 639 milyon dollar

tramp-soz-verdi
Oxunma sayı: 855

ABŞ prezidenti Donald Tramp “Böyük İyirmilik” (G20) sammitində humanitar yardım üçün 639 milyon dollar ayıracağını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sammit  çərçivəsində Beynəlxalq Ərzaq Təhlükəsizliyi Proqramının (WFP) icraçı direktoru Deyvid Bisli bu il dünyada 109 milyon insanın ərzağa təcili ehtiyacının olduğunu söyləyib.

O deyib ki, əgər ərzaq yardımı edilməzsə qarşıdakı 4 ay ərzində 400-600 min uşaq ölə bilər.

Onun bu çıxışından sonra Donald Tramp proqrama 639 milyon dollar yardım edəcəyi sözünü verib. Yardımın 331 milyonu Somali, Cənubi Sudan, Nigeriya və Yəmən üçün ayrılacaq.