Tramp sözünün üstündə durdu - Maliyyəni azaltdı

tramp-sozunun-ustunde-durdu
Oxunma sayı: 712

ABŞ BMT Sülhməramlı Qüvvələrinin keçirdiyi əməliyyatlara verdiyi maddi dəstəyi 1 milyard dollar azaldıb

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley məlumat verib.

Onun sözlərinə görə, maddi yardım azaldılmasında əsas məqsəd Sülhməramlı Qüvvələrin daha az büdcəylə daha ağıllı çalışmasına zəmin yaratmaqdır. Bununla da Donald Tramp prezident seçilmədən öncə verdiyi sözün üstündə durub.

Xatırladaq ki, ABŞ-ın daha əvvəlki illərdə BMT-də daimi nümayəndəsi olmuş 9 təmsilçisi ortaq məktub yayaraq maliyyə yardımının azaldılmasının ABŞ-ın qlobal təsirini azaldacağını bildirmişdilər. Onlar bu boşluğu doldurmaq üçün Çin və Rusiyanın cəhd edəcəkləri barədə xəbərdarlıq etmişdilər.

Qeyd edək ki, BMT-nin 5,4 milyard dollar olan ümumi büdcəsinin 22 faizini, illik 7,9 milyard dollar olan Sülhməramlı Qüvvəvələrin büdcəsinin isə 28,5 faizini ABŞ verir.