Tramp telefonda o ölkə liderinə əsəbiləşib - Dəstəyi asdı

tramp-telefonda-o-olke-liderine-esebilesib
Oxunma sayı: 3474

ABŞ prezidenti Donald Trampın Avstraliyanın baş naziri Malcolm Ternbulla həftə sonu telefon görüşünün qalmaqallı detalları ortaya çıxıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin yeni sahibi baş nazirlə söhbətini digər ölkə liderləri ilə müqayisədə “ən pis telefon danışığı” adlandırıb.

Trampla Ternbullun telefon əlaqəsinin 1 saat çəkəcəyi gözlənilsə də, ABŞ liderinin əsəbiləşərək dəstəyi asması ilə cəmi 25 dəqiqə çəkib.

Qeyd edilir ki, Ternbull söhbət əsnasında həmsöhbətinə ABŞ-ın Avstraliyadan gedən qaçqınların qəbulu ilə bağlı öhdəliklərini xatırladıb. Bununla bağlı razılşama Barak Obama dönəmində əldə edilib. Razılaşmaya görə, hər il Avstarliyanın müvəqqəti saxlanma mərkəzlərindən ABŞ-a bir neçə min qaçqın getməlidir. İlk dəfə bu razılaşmanı eşidən Tramp isə özündən çıxıb, tvitter hesabında da bu mövzu ilə bağlı qəzəbli status paylaşıb.